Bakıda beynəlxalq seminar keçirilib

264

Avqustun 19-20-də Bakıda “Azərbaycanda ədalətli yaşıl keçidlə bağlı dövlət siyasətinə həmkarlar ittifaqlarının təsir imkanlarının artırılması” mövzusunda beynəlxalq seminar keçirilib.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə baş tutan seminarda AHİK və üzv təşkilatların nümayəndələri iştirak ediblər.

AHİK-in sədr müavini Cavanşir Alxasov və ACTRAV-nin Avropa və Orta Asiya şöbəsinin əməkdaşı Sergeyus Qlovaskas çıxış edərək seminarın mövzusunun aktuallığından və əhəmiyyətindən daşıblar.

Seminarda BƏT-nin ekspertləri tərəfindən iştirakçılara COP29-un prioritetləri, AHİK-in Azərbaycanın COP29-dakı mövqeyinin təqdimatına verdiyi töhfə, sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi, yaşıl iqtisadiyyatda gender bərabərliyi və mövzu üzrə digər zəruri məsələlər haqqında ətraflı məlumat verilib və panel müzakirələr aparılıb.