ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

304

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin  sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub.

Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq.

Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib.

A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.