2023-cü ilin peşəkar gəncləri mükafatlandırılıb

172

Avqustun 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil edilən “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri olan həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib. Görüşdə “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu gün Prezident İlham Əliyevin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlarından danışıb.

Sonra “İlin peşəkar gənci “ adına layiq görülmüş Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları – Orxan Oruclu və Emin Quliyevə, eləcə də Azərsun Holdinq Şirkətlər Qrupu “Sun Food“ MMC-nin meneceri Vüqar Cahangirova diplom, döş nişanı, visəqələr və Federasiya tərəfindən pul mükafatı təqdim olunub.