Neft Kəmərləri İdarəsi HİK-nın konfransı keçirilib

401

Neft Kəmərləri İdarəsi Həmkarlar ittifaqı komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.
Konfransda 64 nümayəndə ilə yanaşı, ANQSİHİ RK-nin sədr müavini Fətulla Mustafayev, Təşkilat şöbəsinin əməkdaşı Eldar Nəsibov və Neft Kəmərləri İdarəsinin Baş mühəndisi Abdulla Məmmədov, rəis müavinləri Samir Qədirov, Etibar Tağıyev, Hüseyn Nəbiyev və Zamin Heydərov iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. etməklə başladı.

İclası aparmaq üçün sədr və katib seçilib. İclasın sədri seçilən Səidə Abdullayeva iclasın gündəliyi barədə məlumat verib.

HİK-nın sədri İmamqulu Bayramov və Təftiş komissiyasının sədri Firdovsi Xudiyev hesabatla çıxış ediblər. Hesabatlar səsə qoyularaq qənaətbəxş hesab edilərək təsdiqlənib.
Konfransda seçki keçirilib, komitənin yeni tərkibi formalaşıb, İmamqulu Bayramov isə Neft Kəmərləri idarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Konfransda SOCAR Neft Kəmərləri İdarəsinin Baş mühəndisi Abdulla Məmmədov, ANQSİHİ RK-nin sədr müavini Fətulla Mustafayev, SƏTƏMM və KN şöbəsinin böyük mühəndisi Sevinc Qədimova, Avtomatlaşdırma, standartlaşdırma və metrologiya şöbəsinin rəis müavini Fərid Səttarov, Məxfi rejim və səfərbərlik şöbəsinin mühəndisi Turac İbrahimova çıxışlar edərək komitənin fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.