“Neft Daşları” NQÇİ-də hesabat-seçki keçirilib

339

“Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) Həmkarlar ittifaqı komitəsində (HİK) hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev və “Neft Daşları” NQÇİ-nin rəisi Asim Bağırov iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb, müvafiq qərarlar edilib.
Həmçinin HİK-nın hesabatı dinlənilib və ittifaq üzvləri tərəfindən kafi qiymətləndirilib. Konfransda 21 nəfər yeni komitə üzvü və açıq səsvermə yolu ilə Rəşad Əliyev “Neft Daşları” NQÇİ HİK-nin yeni sədri seçilib.

Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev və NQÇİ-nin rəisi Asim Bağırov çıxış edərək yeni tərkibə və sədri gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bir sıra tövsiyələrini səsləndiriblər.