Hesabat-seçkilər davam edir

368

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmət sahəsinə aid olan ittifaqlarda hesabat-seçkilər keçirilib.
Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hesabat-seçki yığıncaqlarında və konfranslarında işçilərin əmək və sosial hüquqlarının qorunması, daxili əmək və istehsal intizamının gözlənilməsi və möhkəmləndirilməsinə ictimai nəzarət, əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və təhlükəsiz əmək rejiminin yaradılması və təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması, asudə və istirahət vaxtlarının səmərəli təşkili, qadın əməyinə hörmət, onların qayğıları, şəhid ailələri, qazilər, veteranlarla iş, onlara olan diqqət və qayğının artırılması, milli, dövlət və dini bayramlarda müxtəlif formalı tədbirlərin təşkili həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətləri kimi qeyd edilib. İşdə olan problemlərdən və çətinliklərdən də söhbət açılıb və onların həlli yolları barədə təkliflər verilib. Verlən hesabatlar iştirakçılar tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib. Həmçinin yığıncaqlarda seçkilər keçirilib, komitələrin və təftiş komissiyalarının yeni tərkibləri təsdiqlənib, sədrlər seçilib.

Konfranslarda və yığıncaqlarda AHİK sədrinin müavini, Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayev və “Azərenerji” ASC Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Əfruz Ağayeva iştirak və çıxış ediblər.

Hesabat-seçkilərdə müəssisə rəhbərləri də çıxışlar edib, həmkarlar ittifaqlarının işinə uğurlar arzulayıblar.