Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həmkarlar ittifaqı hesabat verib

269

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) hesabat-seçki konfransı keçirilib.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BHİK-nın sədri Gülbəniz Əliyeva, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi və təşkilata üzv əməkdaşların iştirakı ilə baş tutan iclasda 2019-2024-cü illər üzrə görülən işlər barədə məlumat verilib.
Gülbəniz Əliyeva hesabat dövründə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə tabeliyində olan qurumlarda ittifaqa üzv olan 419 əməkdaşın sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi, sağlamlığının qorunması və istirahətinin təşkilinə yönələn işlərdən ətraflı bəhs edib. Ötən beş il ərzində BHİK tərəfindən koronavirus pandemiyası dövründə zərər çəkən əməkdaşlara, eyni zamanda Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə dəstək göstərilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Tədbirdə Təftiş komissiyasının da hesabatı dinlənilib və ötən dövr ərzindəki fəaliyyət ümumən qənaətbəxş qiymətləndirilib.

Konfransın yekununda açıq səsvermə yolu ilə BHİK-nın yeni tərkibi formalaşıb və Gülbəniz Əliyeva yekdilliklə yenidən sədr seçilib.