Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistləri təbrik edib

319

Təbrikdə deyilir:

“Hörmətli jurnalistlər! Dəyərli qələm sahibləri!

Sizi Azərbaycan həmkarlar ittifaqlarının üzvləri və şəxsən öz adımdan 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt və firavan həyat, şərəflə çalışdığınız məsuliyyətli işinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı hazırda özünün yüksək inkişaf mərhələsini yaşayır, xalqımızın milli birliyinin möhkəmlənməsində, cəmiyyətimizin maariflənməsində əhəmiyyətli rol oynayır.

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda dünyanın ən aparıcı və qabaqcıl kütləvi informasiya vasitələri ilə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi mövcuddur.

Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Bir daha  bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan bütün işçiləri Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə səadət və xoşbəxtlik, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!

Bayramınız mübarək olsun”