ASİHİB-nin dəstəyi ilə Aqrar Biznes Festivalı keçirilib

272

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) dəstəyi ilə Gədəbəy, Daşkəsən, Göygöl, Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan fermerlər üçün Aqrar Biznes Festivalı keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müxtəlif gübrə pestisidlər, müasir texnika və aqreqatlar, yeni texnologiyalarla yanaşı “Qazax-Tovuz” iqtisadi rayonunda fəaliyyət göstərən yerli şirkətlərin məhsulları nümayiş etdirilib.

Tədbirdə Gədəbəy rayonun icra başçısı Orxan Mürsəlov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov çıxış edərək festivalın əhəmiyyətindən, bu iqtisadi zonanın gələcək prespektivindən danışıblar.