ASİHİB-nin əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda görüş keçiriblər

272

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) əməkdaşları – etimadlı həkim Söhrab Mansurov, Təşkilat şöbəsinin mütəxəssisi Rəhman Vəliyev və əməyin texniki müfəttişi Ramiz Hacıyev Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda görüş keçiriblər.

Görüşdə institutun istehsalat üzrə direktor müavini Qərib Novruzlu, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, elmi katib Sevda Hacıyeva və institutun ilk həmkarlar ittifaqının sədri Lianna Əmrahova iştirak ediblər.
Görüşdə institut əməkdaşlarının sağlamlıq və əm

əyin mühafizəsi məsələləri, o cümlədən işçilərin illik tibbi müayinədən keçmələri, iş yerlərinin attestasiyası, kimyəvi maddələrin saxlanılması və istifadəsi, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması, yanğınla mübarizə, sağlamlıq və əməyin mühafizəsi üzrə təlimlər və digər məsələlərdən bəhs olunub, fikir mübadiləsi aparılıb.
ASİHİB-nin əməkdaşları həmçinin uzun müddət institutun rəhbəri olmuş görkəmli alim, ictimai-siyasi xadim akademik Cəlal Əliyevin iş otağına, institutun laboratoriyasına baş çəkiblər.