ASİHİB maarifləndirici tədbirlərini davam etdirir

274

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB) tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatlar Birliyində tədbir keçirilib.

Tədbirdə ASİHİB-nin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev, mütəxəssisi Rəhman Vəliyev və müəssisənin kollektivi iştirak edib.
Yardımçı Təcrübə Təsərrüfatlar Birliyinin rəhbəri Asif Əzizov çıxış edərək tədbir iştirakçılarına Birliyin fəaliyyəti haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Anar Tağıyev isə ASİHİB-nin fəaliyyət istiqamətləri və məqsədləri barədə iştirakçılara məlumat verib, əməkçilərin hüquqlarının qorunması sahəsində nəzarətin hər zaman ön planda olmasını, işçilərin əmək və istirahət vaxtlarının səmərəli keçirilməsini, əməyin mühafizə xidmətinin təşkilini, isti və soyuq hava şəraitində işdə fasilələrin verilməsini, gigiyenik qaydaların normaya uyğun olunmasının vacibliyini bildirib.

Həmçinin o, bu cür maarifləndirici tədbirlərin iş yerlərində həmkarlar ittifaqları fəalları tərəfindən aparılması tövsiyə olunub.

Sonda Yardımçı Təcrübə Təsərrüfatlar Birliyinin ilk həmkarlar ittifaqının sədri Nərmin Cəfərzadəyə doğum günü münasibəti ilə ASİHİB-nin fəxri fərmanı və hədiyyəsi təqdim olunub.