Aqrar sahədə hesabat-seçki yığıncaqlarına yekun vurulub

639

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmətinə daxil olan Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən və Gədəbəy rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilib. Ümumilikdə ilk təşkilatların hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Gündəliyə uyğun olaraq, komitələrin sədr seçkisi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri səslənib, təkliflər iclas sədrləri tərəfindən səsə qoyulub və yeni həmkarlar ittifaqı komitəsinin sədrləri seçilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi təsdiqlənib.
Tədbirlərdə iştirak edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev çıxışında üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, eləcə də mədəni kütləvi tədbirlərin keçirilməsində həmkarlar ittifaqlarının vəzifələrini yeni seçilən komitə sədrlərinin diqqətinə çatdırıb.

Qeyd edək ki, bununla da Birliyinin tabeliyində olan 102 həmkarlar ittifaqında hesabat-seçki yığıncaqlarına yekun vurulub.