AMEA-da ilin peşəkar gəncləri mükafatlandırılıb

262

AMEA Azad Həmkarlar İttifaqı Rəyasət heyətinin iclası keçirilib. Giriş sözü ilə çıxış edən İttifaqın sədri Sənan Həsənov son dövrlər Akademiyada həyata keçirilən yeniliklər, alimlər üçün yaradılan münbit şəraitdən, Akademiya rəhbərliyinin bu sahədə əməli dəstəyindən, eyni zamanda qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, gənclərin öz peşəsinə mükəmməl yiyələnməsi dövlətimiz və dövlətçiliyimiz, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu siyasət üçün çox vacib amildir.

Həmçinin Sənan Həsənov iclasda elan edib ki, 2023-cü ilin yekunlarına görə, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Orxan Ağamirzəyev, Kataliz və qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova, AMEA Arxeologiya və Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Gülanə Əliyeva AHİK İcraiyyə Komitəsinin müvafiq qərarı ilə təsis edilmiş

“İlin peşəkar gənci” fəxri adına layiq görülüb.
İttifaq sədri həmin əməkdaşlara AHİK-in “İlin peşəkar gənci” nominasıyasının diplomunu, döş nişanını və mükafatını təqdim edib, qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.