Mayın 31-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi (SÖEYSİHİ RK) Zaqatala rayon komitəsinin hesabat-seçki konfransı keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşı Elxan Şahverdiyev, SÖEYSİHİ RK-nın nümayəndəsi Əliş İbrahimov, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Həsənov və ilk həmkarlar ittifaqlarının sədrləri və fəal üzvləri iştirak ediblər.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclasın sədri gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verdikdən sonra gündəlik və iş qaydası təsdiqlənib. Sonra Zaqatala rayon komitəsinin sədri Xamisət Borayevanın və Təftiş komissiyasının hesabatları dinlənilib.
Məruzlər ətrafında çıxışlardan sonra rayon komitəsinin hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, Təftiş komissiyasının hesabatı təsdiq olunub. Konfransda həmçinin seçkilər yolu ilə Komitənin, Rəyasət heyətinin və Təftiş komissiyasının tərkibi formalaşıb.
Xamisət Borayeva isə Zaqatala rayon komitəsinin sədri seçilib. O həm də SÖEYSİHİ RK-nın Qurultayında təmsil olunacaq.
Tədbirdə iştirak edən Elxan Şahverdiyev, Əliş İbrahimov və Ramin Həsənov yeni seçilən sədri və heyət üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.