NQÇİ HİK-da hesabat-seçki konfransı baş tutub

296

Nəriman Nərimanov adına Neft Qazçıxarma İdarəsi (NQÇİ) Həmkarlar İttifaqı Komitəsində (HİK) növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev iştirak edib.

Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gündəliyə 6 məsələ çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

Həmçinin NQÇİ HİK-nın hesabatı dinlənilib və qurumun ötən dövr ərzindəki fəaliyyəti kafi qiymətləndirilib. Konfransda seçkilər keçirilib, komitə və təftiş komissiyasının üzvləri seçilib, Ağəli Zülfüqarov isə NQÇİ HİK-nın sədri vəzifəsinə təsdiqlənib. Eləcə də konfransda Respublika Komitəsinin VI qurultayına 5 nəfər nümayəndə müəyyənləşib.