Neft-qaz sahəsinin həmkarlar ittifaqlarında hesabat-seçki konfransları keçirilib

73

Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu, Qaz Anbarlarının İstismarı İdarəsi, “Azneft” İstehsalat Birliyi və Heydər Əliyev adına Neft Emalı Zavodunun həmkarlar ittifaqı komitələrində hesabat-seçki konfransları keçirilib.

Konfranslarda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri də iştirak ediblər.

Hər dörd tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfranslarda komitələrin ötən dövr ərzində gördüyü işlər barədə hesabatları dinlənilib və iştirakçılar tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Həmçinin seçkilər əsasında komitələrin yeni tərkibi formalaşıb, sədrlər seçilib.
Respublika Komitəsinin nümayəndələri tədbirlərdə çıxış edərək yeni tərkibə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bir sıra tapşırıq və tövsiyələrini veriblər.