MİHİ RK-nın X Plenumu keçirilib

22

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin (RK) onlayn formatda X Plenumu keçirilib.

Tədbirdə MİHİ-nin Komitə, Rəyasət heyətinin və Təftiş komissiyasının üzvləri iştirak ediblər.
Plenumda MİHİ-nin XIX respublika konfransının keçirilməsi və təşkilati məsələlərə baxılıb, yeni Komitə üzvləri seçilib, 2024-2028-ci illər üzrə Əsas İstiqamətlər Konsepsiyası təsdiqlənib.

Sonda Komitə üzvləri tərəfindən Adil Atakişiyevin MİHİ RK-nın sədri vəzifəsinə namizədliyi irəli sürülüb.