“Kənd-Qida-İş” Zərdab rayon komitəsində hesabat-seçki keçirilib

276

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının Zərdab rayon komitəsində hesabat-seçki konfransı keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gündəliyə 5 məsələ çıxarılıb və müvafiq qərarlar qəbul olunub.
Konfransda rayon komitəsinin və Təftiş komissiyasının hesabatları dinlənilib. Hesabat ətrafında müzakirələr olub və konfrans iştirakçıları ümumilikdə komitənin hesabat dövründəki fəaliyyətini kafi qiymətləndiriblər.

Konfransda həmçinin səsvermə yolu ilə həmkarlar ittifaqı komitəsinin və Təftiş komissiyasının tərkibi formalaşıb, Taleh Yusifzadə isə yekdilliklə Zərdab rayon komitəsinin sədri seçilib.

Konfransın işində iştirak edən Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov və Federasiyasının Aparat rəhbəri – Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev çıxışlarında üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, müalicə və sağlamlıqlarının qorunması, ehtiyacı olanlara maddi dəstəyin göstərilməsi ilə bağlı həmkarlar ittifaqlarının fəaliyyətindən danışıb, iştirakçıların suallarını cavablandırıblar. Onlar həmçinin yeni seçilən tərkibi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.