İttifaq üzvləri Şuşa və Laçına səfər ediblər

285

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər.

Agentliyin Həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində əməkdaşlar tarixi və mədəni abidələri ziyarət edib, Şuşada Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalası, Laçın rayonunun gəzməli-görməli yerlərində olublar.

Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin tarixi, coğrafi, mədəni irsi və Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu tərəfindən göstərilən şücaət haqqında geniş məlumat verilib, şəhid və qazilərimizə böyük hörmət və ehtiram ifadə olunub.
Qeyd edək ki, işçilərin asudə vaxtlarının səmərəli keçirilməsi baxımından Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək.