Energetika Nazirliyi HİK-da hesabat-seçki keçirilib

276

İyunun 25-də Energetika Nazirliyi Həmkarlar ittifaqı komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.

Konfransın sədri Fazil Məmmədov həmkarlar İttifaqı üzvləri, seçilmiş nümayəndələr və iştirakçılar haqqında məlumat verib. Daha sonra iclasın gündəliyi iştirakçıların nəzərinə çatdırılıb, gündəlik səsə qoyulub və reqlament müəyyən edilib.

İclasda HİK və Təftiş komissiyasının hesabatları dinlənilib, üzvlüyə namizədlərin adları səsləndirilib. Həm hesabatlar, həm də üzvlük siyahısı səsə qoyularaq təsdiq olunub.
Daha sonra HİK sədrinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb və hesabat dövründə görülmüş işlərin qənaətbəxş olduğu nəzərə alınaraq Fazil Məmmədovun təkrar namizədliyi təklif edilib. Təklif səs çoxluğu ilə qəbul edilib.

Eyni zamanda Təftiş komissiyasının tərkibinə namizədlərin irəli sürülməsi elan edilib və səsə qoyularaq həm üzvlər, həm də sədr seçilib.

İclasın sonunda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin (ANQSİHİRK) VI Qurultayına nümayəndələrin seçilməsi təklif edilib və HİK üzvlərinin sayına müvafiq olaraq 1 nəfərin qurultayda təmsil olunması nəzərə alınaraq HİK sədrinin namizədliyi təsdiqlənib.