Dövlət Aqrar İnkişaf mərkəzlərində hesabat-seçki yığıncaqları baş tutub

357

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmətinə daxil olan Göygöl, Goranboy və Samux Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqı komitələrində, həmçinin Aqromexanika Elmi Tədqiqat İnstitutu və Respublika Süni Mayalanma Mərkəzində hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilib. Ümumilikdə komitələrin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Gündəliyə uyğun olaraq, ilk həmkarlar ittifaqı komitələrinin sədr seçkisi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri səslənib. Təkliflər iclas sədrləri tərəfindən səsə qoyulub və yeni həmkarlar ittifaqı komitəsinin sədrləri seçilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi təsdiqlənib.

Qeyd olunan tədbirlərdə iştirak edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev çıxışlar edərək üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, habelə mədəni-kütləvi tədbirlərin keçirilməsində həmkarlar ittifaqlarının vəzifələrini yeni seçilən sədrlərin diqqətinə çatdırıb.