“Azəriqaz” HİK-də hesabat-seçki konfransı keçirilib

350

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Həmkarlar ittifaqı komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda gündəliyə salınmış 6 məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. “Azəriqaz” İB Həmkarlar ittifaqı komitəsinin hesabatı dinlənilib və qənaətbəxş qiymətləndirilib.

Seçkilər əsasında komitənin yeni tərkibi formalaşıb, Ədalət Qurbanov isə yenidən komitənin sədri seçilib.

Konfransda həmçinin Təftiş komissiyasının üzvləri və AzNQSİ Hİ Respublika Komitəsinin VI Qurultayına nümayəndələr müəyyənləşib.