Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Qurban bayramı münasibətilə təbriki

306

Təbrikdə deyilir:

“Müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıram.

Müqəddəs Qurban bayramı insanları həmrəyliyə, mənəvi saflığa, xoş niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.

Bu bayram ölkəmizdə milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxah duyğuların təntənəsinə çevrilib, cəmiyyətimizdə birlik, qardaşlıq və bərabərlik ovqatını daha da gücləndirir.

Bayramın dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Bu gün ölkəmiz dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.

Əziz həmvətənlər, bir daha bu əziz gün münasibətilə hər birinizə xoş arzularımı yetirir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, kəsilən qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm. Süfrələriniz hər zaman bol ruzili və xeyir-bərəkətli olsun.

Bayramınız mübarək!”