Aqrar sahədə hesabat-seçki yığıncaqları davam edir

184

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin 1saylı Abşeron, Xızı, Siyəzən, Şabran Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmkarlar ittifaqı komitələrinin, eləcə də təftiş komissiyalarının hesabatları dinlənilib və ittifaq üzvləri tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib. Həmçinin qeyd olunan komitələrdə seçkilər keçirilib, yeni tərkib formalaşıb və sədrlər seçilib.

Tədbirlərdə iştirak edən ASİHİB-nin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev və Birliyin mütəxəssisi Rəhman Vəliyev yeni seçilən tərkibə və həmkarlar ittifaqı sədrlərinə gələcək fəliyyətlərində uğurlar arzulayıb, eləcə də bir sıra tapşırıq və tövsiyələr veriblər.