AMEA Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

253
10 iyun tarixində AMEA Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ə.Ə.Salamzadə; elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent X.A.Zeynalov; elmi katib v.i.e.,sənətşünaslıq üzrə fəlsəfə doktoru R.A.Quliyev; AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və institut əməkdaşları iştirak ediblər.
İclasa sədrlik edən elmi işlər üzrə direktor müavini Xəzər Zeynalov iclasın gündəliyini elan etdikdən sonra sözü Həmkarlar Təşkilatının sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevaya verilib. Pərvanə Əliyeva Həmkarlar Təşkilatına sədrlik etdiyi illər ərzində təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra Təftiş Komissiyasının katibi Əlləz Əhmədov Həmkarlar Təşkilatının gördüyü işlər barədə danışıb. Pərvanə Əliyevanın hesabatı qənaətbəxş hesab edilib. Daha sonra açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən seçiliblər. Pərvanə Əli qızı Əliyeva institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib. Bundan başqa memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva sədr müavini; Günel Heydərova katib; kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov; sənətşünaslıq üzrə fəlsəfə doktoru, deosent Xumar Bayramova; kulturologiya üzrə fəlsəfə doktoru Turanxanım Şirzadova; Cahid Hüseynov – komitə üzvlüyünə; Elmi katib v.i.e., sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev; Əlləz Əhmədov; Aynur Ələkbərova Təftiş Komissiyasının üzvü seçiliblər.
İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.
AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi və s. sahəsində fəaliyyətinin daha da aktiv olmasının zəruriliyini vurğulayaraq Pərvanə Əliyevaya gələcək işlərində uğurlar arzulayıb.