Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirilən respublika müsabiqəsi qalibləri arasında yer almış “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC-nin mükafatlandırça mərasimi keçirilib.
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları müəssisəyə qiymətli hədiyyəni təqdim edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC-nin rəhbərliyi çıxış edərək göstərilən diqqətə və onların fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib.
Qeyd edək ki, bu müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat, sex və sahədən 291-nin sənədi daxil olub. Onlardan 67-si AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub.