Aprelin 30-da “Taghiyev Operating Company” MMC–nin
Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki Konfransı keçirilib.
Konfransda seçilmiş 51 nümayəndədən 46 nəfəri iştirak edib.
Konfransda AzNQSİHİRK-nin sədr müavini Fətulla Mustafayev və “Taghiyev
Operating Company” MMC – nin baş meneceri Nadir Əfəndiyev, eləcə də idarənin
digər rəhbər və məsul şəxsləri qonaq qismində iştirak edib.
“Taghiyev Operating Company” MMC–nin Əməliyyatlar üzrə meneceri
R.Quliyevin sədrliyilə keçən Konfransın gündəliyində duran məsələlər ardıcıllıqla həll
edilib. Həmkarlar İttifaqı Komitəsinin və nəzarət təftiş komissiyasının hesabatları
dinlənilib. Konfransda 9 nəfərdən ibarət yeni Komitə üzvləri, 3 nəfərdən ibarət
nəzarət təftiş komissiyasının üzvləri seçilib. Konfransda açıq səsvermə
nəticəsində Abbasəli Heydər oğlu Rüstəmli yenidən “Taghiyev Operating Company”
MMC–nin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Konfransda digər məsələlər, müxtəlif təkliflər ətrafında geniş fikir mübadiləsi
aparılmış, qarşıya çıxan problemlər müzakirə olunmuşdur. Həmçinin AzNQSİ HİRK-
nin VI Qurultayına nümayəndələr də seçilib.