“SOCAR PETROLEUM” QSC HİK-nin yeni tərkibi seçilib

600

“SOCAR PETROLEUM” QSC Həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib. Konfransda 65 nümayəndə, o cümlədən QSC-nin Baş icraçı direktorunun müavini Seymur Rəhimov, AzNQSİHİRK-nın Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov və digər məsul şəxslər iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzNQSİ HİRK-nın Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra “SOCAR PETROLEUM” QSC Həmkarlar ittifaqı komitəsinin hesabatı dinlənilib və üzvlər tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Yığıncaqda həmçinin seçkilər keçirilib, komitənin və Təftiş komissiyasının tərkibi seçilib. Ramiz Mustafayev isə komitənin sədri olub. Tədbirdə digər məsələlər də müzakirə olunub, AzNQSİ HİRK-nin VI Qurultayına nümayəndələr müəyyənləşib.