SİHİ Nəsimi və Xəzər rayon şuralarında hesabat-seçki keçirilib

289

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) Nəsimi və Xəzər rayon şuralarında hesabat-seçki konfransları keçirilib.

Konfranslarda şuraların və təftiş komissiyalarının hesabatları dinlənilib, həmçinin seçkilər əsasında yeni tərkib formalaşıb, sədrlər seçilib.

Hər iki tədbirdə Respublika Komitəsi sədrinin birinci müavini Elnara Muradova və sədr müavini Qönçə Abdullayeva iştirak ediblər.