Səhiyyə sahəsində hesabat-seçki yığıncaqları keçirilib

306

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) Ağdaş, Ucar, Şamaxı və Qobustan rayonları şuralarında hesabat-seçki konfransları keçirilib.

Tədbirlərdə ənənəvi olaraq Dövlət Himni səslənib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuraların hesabatları səslənib, ümumilikdə bütün hesabatlar qənaətbəxş olaraq qiymətləndirilib.

Konfranslarda həmçinin açıq səsvermə yolu ilə şuraların yeni tərkibi formalaşıb, təftiş komissiyalarının üzvləri seçilib.

Qeyd olunan bütün konfranslarda SİHİ RK sədrinin birinci müavini Elnarə Muradova iştirak və çıxış edib, bir sıra tapşırıq və tövsiyələrini səsləndirib.