Naxçıvanda aztəminatlı ailələrə sovqatlar verilib

277

Ümummilli Lider Heydər Əliyev vətəndaş rifahının təminatını dövlətin ali məqsədlərindən biri kimi müəyyənləşdirib, dövlətin sosial siyasət modelinin əsasını qoyub. Bu siyasəti uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə davamlı sosial layihələr icra olunur. Əlamətdar günlərdə və bayramlarda mütəmadi olaraq aztəminatlı ailələrə sovqatların çatdırılması da belə sosial layihələrin mühüm tərkib hissəsidir.

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvanda 1200 aztəminatlı ailəyə sovqatlar verilib.

Yolasalınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak edib.

Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan 1200 aztəminatlı ailə üçün gətirilmiş sovqatlar müxtəlif ərzaq məhsullarından ibarətdir.
Sovqat daşıyan avtomobillər təyinatı üzrə ünvanlara yola salınıb.