Naxçıvan Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzi fəaliyyətə başlayıb

258

Mayın 1-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib. Şuranın sədri Qəzənfər Abdullayevin iştirakı ilə keçirilən iclasda qurumun Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib. Mərkəzin sədri və üzvləri seçilib.

Sonra Şuranın geniş tərkibdə iclası başlayıb. İclasda Şuranın Ümumi işlər bölməsinin müdiri Nüsrət  Əsədov çıxış edərək qərar layihəsini oxuyub. Bildirilib ki, Mərkəz azı  5 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və daimi əsaslarla fəaliyyət göstərəcək.

Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzə direktor təyin olunan Günel Nur çıxış edərək Mərkəz haqqında məlumat verib. Bildirib ki, Mərkəz Şuranın strukturlarında, eləcə də ittifaqlarda ona üzv olan qadınların  potensialını və rolunu gücləndirməyə, qarşılarında duran maneələri azaltmağa çalışacaq və bütün sahələrdə gender bərabərliyinə nail olmaq üçün uğurlu layihələr həyata keçirəcək.