Mayın 20-də MİHİ-nın Tovuz rayan Komitəsi Nizami adına Abulbəyli kənd folklor Mədəniyyət evində konfrans keçirilib. Konfrans başlamamışdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə qızılgüllər qoyularaq ziyarət edilib. Sonra konfrans öz işinə başlayıb.Konfransda MİHİ-nın Republika Komitəsinin aparat rəhbəri Zaur Həmidov və AHİK-nın hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə məsləhətçisi Adil Həsənov, MİHİ-nın Qazax rayon Komitəsinin sədri İskəndər Qurbanov, MİHİ-nın Ağstafa rayon Komitəsinin sədr Zahid Sultanov iştirak edib.
Bundan sonra konfrans öz işinə başlayıb. Konfransın gündəlik məsələsi təsdiq edilib. Konfransda 11 nəfər komitə üzvü seçilib. Daha sonra Qasımov Asif Dilən oğlu səs çoxluğu ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon Komitəsinin sədri seçilib.Həmkarlar haqqında təlimata uyğun olaraq yeni seçilmiş Qasımov Asif Dilən oğlu MİHİ-nın Respublika Komitəsinin XIX Konfransına nümayəndə seçilib. Konfransda MİHİ-nın Respublika Komitəsinin sədri Atakişiyev Adil Aslan oğlunun XIX Konfransında MİHİ-nın Respublika Komitəsinin sədr vəzifəsinə seçilməyinə namizədliyi irəli sürülüb.