Kürdəmir Suvarma Sistemləri İdarəsində hesabat-seçki yığıncağı keçirilib

316

“Kənd-Qida İş” Həmkarlar İttifaqı Federasiyasının xidmətinə daxil olan Kürdəmir Suvarma Sistemləri İdarəsinin  Həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə həmkarlar ittifaqının və təftiş komissiyasının hesabatları dinlənilib. Ümumilikdə komitənin hesabat dövründəki fəaliyyəti kafi qiymətləndirilib.

Kürdəmir  Suvarma Sistemləri İdarəsinin  rəis müavini  Məmməd Məmmədov həmkarlar ittifaqının işçilərə göstərdiyi dəstək, Sahə Hİ Kürdəmir RK-nin sədri  Firuzə Şirinova üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, müalicə və sağlamlıq imkanları ilə təmin olunması, ehtiyacı olanlara maddi yardım göstərilməsi barədə konfrans iştirakçılarını məlumatlandırıblar.

Yığncaqda həmçinin açıq səsvermə yolu ilə həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının tərkibi formalaşıb, Anar Əhmədov isə yekdilliklə  komitənin sədri seçilib.