Komitələrdə hesabat-seçki yığıncaqları davam edir

288

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə aid “Neftçala Operating Company Ltd” və “Karasu Operating Company” şirkətlərinin həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev və məsul əməkdaşları tədbirlərdə iştirak ediblər.

Komitələrin ötən dövrdə gördüyü işlərə dair hesabatları dinlənilib və üzvlər tərəfindən qənaətbəxş hesab olunub.

Həmçinin yığıncaqlarda seçkilər keçirilib, komitələrin yeni tərkibi formalaşıb. Tədbirlərdə eləcə də Respublika Komitəsinin VI Qurultayına nümayəndələr təsdiqlənib.