Gömrük Akademiyasının tələbələri arasında futbol çempionatı keçirilib

314

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Akademiyanın tələbələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatının final oyunu keçirilib.

13 komandanın iştirakı ilə keçirilən yarışın seçim turlarının yekununda final mərhələsinə vəsiqə qazanmış “La Masia” komandası çempionatın qalibi olub. Yarışda “Əzizli” komandası II yerə, “Santos” komandası isə III yerə çıxıblar. Qaliblər Akademiyanın rəhbərliyi tərəfindən kubok və medallarla təltif olunublar.

Sonunda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı rolundan danışaraq Akademiya tələbələrinin bu cür idman yarışlarında iştirakını yüksək qiymətləndirib.