Energetiklər Ulu Öndərin doğum günü ilə əlaqədar 500 ağac əkiblər

192

“Azərenerji” ASC- nin “Qobu ES” MMC- nin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan Elektroenergetikası” mövzusunda tədbiri keçirilib.

Tədbirdə elmi işlər üzrə direktor müavini Aytək Babayeva, şöbə müdiri Valeh Nəsirov, BHİK sədri Əfruz Ağayeva və Nəzarət idarəsinin rəisi Səməd İslamov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, energetika sahəsinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.

Sonra iştirakçılar stansiyanın ətrafında 500 ağac əkiblər.