Dövlət Mülki Aviasiya Agentliyində hesabat-seçki yığıncağı keçirilib

429

Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) Həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda DMAA-nın direktor müavini Bəhruz Məlikov, Aviasiya İşçiləri HİRK-nın Təşkilat şöbəsinin müdiri İ.Heydərova və Agentliyin kollektivi iştirak ediblər.

Yığıncaqda Komitənin və Təftiş komissiyasının ötən dövr ərzində hesabatı dinlənilib və qənaətbəxş hesab olunub.

Sonra seçkilər keçirilib, Komitənin və Təftiş komissiyasının üzvləri seçilib. Eləcə də Aviasiya İşçiləri HİRK-nın Plenum və konfransına nümayəndələr təsdiqlənib. Hicran Xanmirzəyeva isə komitənin sədri vəzifəsinə seçilib.

Həmçinin gündəlikdə duran digər məsələlər ətrafında da müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.