Dövlət Komitəsində hesabat-seçki keçirilib

232

Mayın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.

Yığıncaqda Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva da iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Həmkarlar ittifaqının 01.01.2020-ci ildən 01.01.2024-cü ilədək görülmüş işləri barədə komitənin sədri Elmira Qurbanlının və hesabat dövrün maliyyə fəaliyyətinin yoxlanılmasına dair Təftiş komissiyasının sədri Elşad Kərimovun məruzələri dinlənilib.

Təqdim olunmuş hesabatların ətrafında keçirilmiş müzakirələrin nəticəsi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar ittifaqı komitəsinin ötən dövr üzrə fəaliyyəti qənaətbəxş hesab edilib və bununla bağlı qərar qəbul edilib.

Yığıncaqda həmçinin təşkilati məsələlərə də baxılıb. Həmkarlar ittifaqı təşkilatının komitəsinə 7 və Təftiş komissiyasına isə 3 üzv seçilib.

Elmira Qurbanlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Həmkarlar ittifaqının sədri vəzifəsinə seçilib.