Dövlət aqrar mərkəzlərində hesabat-seçki yığıncaqları davam edir

503

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmətinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı Dövlət Aqrar mərkəzlərinin həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

İlk həmkarlar ittifaqı sədrləri hesabat dövründə həyata keçirdiyi tədbirlər, işçilərin hüquqlarının müdafiəsi və onlar üçün müalicəvi yollayışların təminatı, mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə bağlı hesabat verib.

Həmçinin tədbirlərdə seçkilər keçirilib, rəyasət heyətinin üzvləri və sədrlər seçilib. Tədbirdə iştirak edən Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev və Aqrar Xidmətlər Agentliyinin həmkarlar ittifaqının şöbə müdiri Şəhriyar Alxasov yeni tərkibə uğurlar arzulayıb və növbəti dövrdə görüləcək işlərlə bağlı tövsiyələrini veriblər.