“Azəraeronaviqasiya”da həmkarlar ittifaqının hesabatı dinlənilib

617

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda İdarənin direktorunun birinci müavini Davud Ayutov, direktorun Personalla iş üzrə müavini Gülnarə Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (AİHİ RK) sədri Mübariz Əsədov və ittifaq üzvləri iştirak ediblər.

Həmkarlar ittifaqı komitəsinin və Təftiş komissiyasının 2017-2024-cü illər üzrə hesabatı dinlənildikdən sonra müzakirələr aparılıb və üzvlər tərəfindən qənaətbəxş hesab olunub.

Yığıncaqda həmçinin seçkilər keçirilib, Komitənin və Təftiş komissiyasının tərkibi formalaşıb, AİHİ RK-nın Plenum və Konfransına nümayəndələr seçilib. Eləcə də səsvermə nəticəsində Vaqif Məmmədov yenidən komitənin sədri vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, tədbirdə digər cari və təşkilati məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.