Aviasiya Təhlükəsizliyi Baş İdarəsində hesabat-seçki yığıncağı keçirilib

323

Mayın 14-də “Azərbaycan Hava Yolları” QSC Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda İdarənin rəhbərliyi və kollektivi iştirak ediblər.
Öncə İdarənin Həmkarlar ittifaqı komitəsinin və Təftiş komissiyasının 2017-2024-cü illəri əhatə edən fəaliyyətinə dair hesabatları dinlənilib və ittifaq üzvləri tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.
Sonra açıq səsvermə yolu ilə komitənin tərkibi formalaşıb, Təftiş komissiyasının üzvləri seçilib. Kamil İlyasov isə yekdilliklə sədr vəzifəsinə təsdiqlənib.
Həmçinin yığıncaqda Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Plenum və Konfransına nümayəndələr seçilərək təsdiqlənib.