Aviasiya işciləri arasında keçirilən idman yarışları başa çatıb, qaliblər mükafatlandırılıb

261

Aviasiya İşciləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə aprelin 26-dan mayın 10-dək idmanın mini-futbol, qaçış, daşqaldırma, nərd və şahmat növləri üzrə yarışlar keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölmələri və Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində xidmət göstərən idarə və müəssisələr arasında baş tutan yarışlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilib.

Yarışın nəticələri aşağıdakı kimi olub:

1000 metr məsafəyə qaçış

1-ci yer – Hava Limanları İstismarı Baş İdarəsi

2-ci yer – Sərnişin Aviasiya Şirkəti

3-cü yer – Aviasiya Təhlükəsizliyi Baş İdarəsi

Daşqaldırma üzrə (60-80 kiloqram)

1-ci yer – Aviasiya Təhlükəsizliyi Baş İdarəsi

2-ci yer – Sərnişin Aviasiya Şirkəti

3-cü yer – Hava Limanları İstismarı Baş İdarəsi

Daşqaldırma üzrə (80-100 kiloqram)

1-ci yer – Hava Limanları İstismarı Baş İdarəsi

2-ci yer – Aviasiya Təhlükəsizliyi Baş İdarəsi

3-cü yer – Sərnişin Aviasiya Şirkəti

Nərd üzrə

1-ci yer – Aviasiya Təhlükəsizliyi Baş İdarəsi

2-ci yer – Milli Aviasiya Akademiyası

3-cü yer – Hava Limanları İstismarı Baş İdarəsi

Mini-futbol üzrə isə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin komandası bütün rəqiblərinə qalib gələrək kuboka sahib olub.

Yarışların bütün qaliblərinə Aviasiya İşciləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pul mükafatı verilib.

Mükafatlandırma mərasimində iştirakçılar üçün konsert proqramı təşkil olunub.