ATU-da “Bu ellərin soyu birdir, kökü bir” adlı tədbir keçirilib

270

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə aid olan Azərbaycan Tibb Universiteti Həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə “Bu ellərin soyu birdir, kökü bir” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Tibb Unuversitetinin rəhbərliyi, professor müəllim heyəti, tələbələr, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Səmərqənd dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Rzayev Jasur Alimdjanoviç, SİHİ RK-nın sədri Arif Mərdanov, Milli Məclisin deputatı İlham Məmmədov və digər qonaqlar iştirak ediblər.

“Bu ellərin soyun birdir, kökü bir” adlı ədəbi-bədi gecədə Azərbaycan və Türkiyənin bütövlüyü uğrunda canlarının qurban vermiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan və Türkiyənin tarixi məqamları haqqında iştirakçılara məlumat verilib, bu dostluğu tərənnüm edən şeirlər səslənib və “İncəbellim”, “ 100 il marşı”, Mən Azərbaycanlıyam”, “Lalələr”, “Sizə salam gətirmişəm”, “Bil oğlum”, “Qarabağa məktub”, “Ay Laçın”, İki dövlət, bir millət”, “Zəngəzur yallısı” adlı musiqi əsərləri universitetin tələbələri tərəfindən ifa edilib.

Tədbir iştirakçıların alqışları ilə müşayiət olunub.