ATİAHİ RK-nın XVIII Konfransının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

308

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Müraciətdə deyilir:

“Möh­tə­rəm cə­nab Pre­zi­dent!

Azər­bay­can Təh­sil İş­çi­lə­ri Azad Həm­kar­lar İt­ti­fa­qı­nın XVIII Konfransının iş­ti­rak­çı­la­rı olaraq Si­zə – ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin mil­li təh­sil qu­ru­cu­lu­ğu stra­te­gi­ya­sı­nın ən la­yiq­li da­vam­çı­sı­na  mü­ra­ci­ət edə­rək öz də­rin hör­mət və eh­ti­ra­mı­mı­zı bil­di­rir, ən xoş ar­zu­la­rı­mı­zı çat­dı­rı­rıq!

Si­zin həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasət Azərbaycanın davamlı inkişafını təmin edir və respublikanın təhsil ictimaiyyətini da­ha da ruh­lan­dı­rır. Biz çalışdığımız sahədə qa­za­nı­lan bü­tün uğur­la­rı Si­zin təh­si­lə, təh­sil  iş­çi­lə­ri­nə, təh­sil alan­la­ra gös­tər­di­yi­niz diq­qət və qay­ğı­nın mən­ti­qi nə­ti­cə­si ki­mi də­yər­lən­di­rir,  bu is­ti­qa­mət­də­ki fəa­liy­yə­ti­ni­zi yük­sək qiy­mət­lən­di­ri­rik!

Azər­bay­can Təh­sil İş­çi­lə­ri Azad Həm­kar­lar İt­ti­fa­qı­nın XVIII Konfransının nümayəndələrinin, bü­töv­lük­də it­ti­fa­qı­mı­zın 400 min nə­fər üz­vünün Si­zin müdrik da­xi­li və xa­ri­ci si­ya­sə­ti­ni­zi ürək­dən bə­yən­di­yi­ni bir da­ha  diq­qə­ti­ni­zə çat­dır­maq­dan məm­nun­luq du­yur, if­ti­xar his­si ke­çi­ri­rik.

Si­zin bö­yük uzaq­gö­rən­lik­lə söy­lə­di­yi­niz – «Biz mad­di də­yər­lə­ri­mi­zi, iq­ti­sa­di po­ten­sia­lı­mı­zı in­san  ka­pi­ta­lı­na çe­vir­mə­li­yik. Çün­ki in­sa­nın sa­va­dı, bi­li­yi onun gə­lə­cək hə­ya­tı­nı mü­əy­yən edir, öl­kə­nin hər­tə­rəf­li in­ki­şa­fı­na xid­mət edir» kon­sep­tu­al müd­dəa­nız bu gün öz uğurlu nəticələrini verməkdədir. Böyük sevinc hissi ilə bildiririk ki, son il­lər­də təh­sil iş­çi­lə­ri­nin və təh­sil alan­la­rın so­si­al müdafiəsinin güc­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də ver­di­yi­niz  fər­man və sə­rən­cam­lar nə­ti­cə­sin­də  təh­sil iş­çi­lə­ri­nin əmək­haq­qı, tə­lə­bə­lə­rin və  as­pi­rant­la­rın tə­qaü­dü də­fə­lər­lə art­mış, yüz­lər­lə təh­sil iş­çi­si Pre­zi­dent tə­qaü­dü al­mış, or­den və me­dal­lar­la təl­tif edil­miş, fəx­ri ad­la­ra la­yiq gö­rül­müş­dür. Təh­sil­lə bağ­lı  təs­diq et­di­yi­niz proq­ram­lar mək­təb­lə­rin inf­rast­ruk­tu­ru­nun tək­mil­ləş­di­ril­mə­si­nə, müa­sir ava­dan­lıq­lar­la, dərs­lik­lər­lə, in­for­ma­si­ya-kom­mu­ni­ka­sı­ya tex­no­lo­gi­ya­la­rı ilə təc­hi­za­tı­na, peşəkar kadr­lar­la tə­mi­na­tı­na, xü­su­si qay­ğı­ya eh­ti­ya­cı olan uşaq­la­rın təh­si­li­nin təş­ki­li, is­te­dad­lı gənc­lə­rin üzə çı­xa­rıl­ma­sı­na, mək­tə­bə­qə­dər təh­si­lin  ye­ni­ləş­di­ril­mə­si, tex­ni­ki pe­şə təh­si­li­nin tək­mil­ləş­di­ril­mə­si, azər­bay­can­lı gənc­lə­rin xa­ric­də təh­si­li və di­gər sa­hə­lə­ri əha­tə et­miş, da­vam­lı in­ki­şa­fa və təh­sil alan­lar üçün bə­ra­bər im­kan­la­rın ya­ra­dıl­ma­sı­na yö­nəl­miş­dir. Öl­kə­miz­də yüz­lər­lə ye­ni mək­təb ti­kil­miş, ye­ni­dən qu­rul­muş, müa­sir təd­ris ava­dan­lıq­la­rı ilə təc­hiz edil­miş, kom­pü­ter­ləş­­di­ril­­miş, mil­li-mə­nə­vi də­yər­lə­ri özün­də əks et­di­rən ye­ni dərs­lik­lər ha­zır­lan­mış­dır. Azər­bay­can MDB mə­ka­nın­da ye­ga­nə  öl­kə­dir ki, Sizin tapşırığınızla bü­tün şa­gird­lər  pul­suz dərs­lik­lər­lə tə­min olu­nur­lar.

Bu gün Siz soydaşlarımızın xəyallarının gerçəkliyə çevrildiyi suveren Azərbaycana rəhbərlik edirsiniz. Doğma Qarabağımızla bağlı 30 ildəki arzularımızı məhz Siz gerçəkləşdirdiniz. Əminliklə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun Qarabağla bağlı arzuları Sizin Ali Baş Komandan kimi uğurlu hərbi-siyasi taktikanız, sözü ilə imzası bir birini tamamlayan lider kimi uğurlu fəaliyyətiniz nəticəsində həyata keçdi, rəhbərliyiniz altında xalqımız Zəfərə qovuşdu.

Biz, Azər­bay­can Təh­sil İş­çi­lə­ri Azad Həm­kar­lar İt­ti­fa­qı­nın XVIII Konfransının nümayəndələri olaraq doğ­ma Azər­bay­ca­nı­mı­zın da­vam­lı  in­ki­şafını təmin etdiyiniz, öl­kə­mizin iq­ti­sa­di in­ki­şaf  gös­tə­ri­ci­lə­ri­nə gö­rə dün­ya­da və re­gi­on­da li­der döv­lə­tə çevi­rdiyiniz, millətimizə nəhayətsiz sevinc və qürur hissi yaşatdığınız üçün bir daha Sizə Azərbaycanın çoxminli təhsil işçiləri adından sonsuz minnətdarlığımızı və təşəkkürümüzü bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar, şəxsinizə möhkəm cansağlığı arzulayırıq!”

Mü­ra­ci­ət Azər­bay­can Təh­sil İş­çi­lə­ri Azad Həm­kar­lar İt­ti­fa­qı­nın XVIII Konfransının iş­ti­rak­çı­la­rı tə­rə­fin­dən qə­bul edil­miş­dir.

Ba­kı şə­hə­ri, 31 may 2024-cü il