ASİHİB-nin sədri “Caspian Agro”da iştirak edib

251

Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) öz işinə başlayıb.

Sərgi çərçivəsində müxtəlif mövzularda panel müzakirələr keçirilir.
“Aqar Biznes Festivalları və əməkdaşlıq: Beynəlxalq əlaqələr və qarşılıqlı fəaliyyət prinsipləri“ ilə bağlı panel müzakirələrdə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov iştirak edib.

Sərginin əhəmiyyətindən söz açan F.Məmmədov rayonlarımızda ardıcıl olaraq Aqrar Biznes festivallarının keçirilməsi ilə fermerlər və istehsalçı şirkətlərin bir araya gəlişindən və beynəlxalq əməkdaşlığın ilk növbədə ixrac potensialımızın diversifikasiyası baxımından əhəmiyyətli olmasını vurğulayıb.

Eyni zamanda o, iştirakçıların sayının ilbəil artdığını və aqrar sahədə fəaliyyət göstərən xarici böyük şirkətlərin iştirakının Azərbaycan fermeri üçün böyük imkanlar yaratdığını bildirib.