AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir

263

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfərə gəlib.

AHİK sədri Səttar Möhbalıyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına əklil və gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.