Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda hesabat-seçki yığıncağı keçirilib

202

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda ilk həmkarlar ittifaqının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə ittifaq üzvlər ilə yanaşı, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov və İnstitutun direktoru Elmar Allahverdiyev də iştirak ediblər.

İttifaq üzvləri qarşısında hesabat verən ilk həmkarlar ittifaqının sədri Şaban Maxsudov ötən dövr ərzində görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb.

ASİHİB-nin sədri Fuad Məmmədov təqdim olunan hesabata münasibət bildirib, irad və təkliflərini səsləndirib. İnstitutun direktoru Elmar Allahverdiyev isə həmkarlar ittifaqının fəaliyyətindən razılığını ifadə edib və gələcək işlərində uğurlar arzulayıb. Yığıncaqda həmçinin açıq səsvermə yolu ilə Şaban Maxsudov yenidən qurumun sədri seçilib.