Şəkidə hesabat-seçki yığıncağı keçirilib

279

Aprelin 19-da Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı (BİHİ) Şəki rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mütəxəssisi Elxan Şahverdiyev, BİHİ-nin hüquq müfəttişi Məhəmməd Kərimov, Şəki Şəhər Bələdiyyəsinin sədri Mayis Allahverdiyev, ilk həmkarlar ittifaqlarının sədrləri və üzvləri iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gündəlik və iş qaydası təsdiqləndikdən sonra rayon komitəsinin sədri Səyyarə Əliyevanın və Təftiş komissiyasının sədri Şahid Tağıyevin ötən dövr ərzində görülmüş işlər barədə hesabatları dinlənilib. Ardınca hesabat ətrafında müzakirələr aparılıb və komitənin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Yığıncaqda həmçinin açıq səsvermə yolu seçkilər keçirilib, komitənin və Təftiş Komissiyasının tərkibi formalaşıb, Səyyarə Əliyeva isə yenidən Şəki şəhər komitəsinin sədri seçilib.

AHİK-in mütəxəssisi Elxan Şahverdiyev çıxış edərək yığıncaq iştirakçılarına Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb, komitənin yeni tərkibinə gələcək fəaliyyətində uğurlar arzulayıb. O eləcə də həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrdən, prioritet məsələlərdən danışıb, bəzi tövsiyələrini səsləndirib.