Qafqazşünaslıq İnstitutunda hesabat-seçki yığıncağı keçirilib

320

Aprelin 29-da AMEA Qafqazşünaslıq İnstitutunun Həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib. İclasda İnstitutun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşova, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və İnstitut əməkdaşları iştirak ediblər.

İclasın sədrlik edən İnstitutun elmi katibi Südabə Hüseynova Həmkarlar ittifaqının əməkdaşların əmək hüquqlarının müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

İclasda Həmkarlar ittifaqının hesabatı dinlənilib. Sədr Yeganə Baxşıyevanın təqdim etdiyi hesabat qənaətbəxş hesab olunub, eləcə də Təftiş komissiyasının sədri Günel Qurbanovanın maliyyə fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Hesabat ətrafında Şimali Qafqaz şöbəsinin müdiri Vahid Ömərov çıxış edib, fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndirib.

Həmçinin yığıncaqda açıq səsvermə yolu ilə ittifaqın tərkibi formalaşıb, Yeganə Baxşıyeva isə yenidən sədr seçilib.

Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edərək ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.